...

Türk dünyasının hər bir fərdi Azərbaycanın qəhrəman Ordusunu və Prezident İlham Əliyevin liderliyini heç bir zaman unutmayacaq - Yalçın Topçu

Siyasət Materials 7 Noyabr 2022 15:30 (UTC +04:00)
Türk dünyasının hər bir fərdi Azərbaycanın qəhrəman Ordusunu və Prezident İlham Əliyevin liderliyini heç bir zaman unutmayacaq - Yalçın Topçu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk dünyasının hər bir fərdi şanlı tarixə şərəfli bir səhifə əlavə edən Azərbaycanın əzəmətli xalqını, qəhrəman ordusunu və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini heç bir zaman unutmayacaq.

Bu fikirləri Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, beynəlxalq hüquq normalarını pozaraq bəşəriyyətə qarşı cinayət törədən düşmənə qarşı Azərbaycanın yazdığı bu tarixi dastanı, dünyanı heyrətə gətirən, vətənin müdafiəsi zamanı fövqəlbəşəri fədakarlığı, qəhrəmanlığı, vətən, millət sevdasını gələcək nəsillər də unutmayıb, şərəf və minnətdarlıqla yad edəcək.

“Sevinci sevincimiz, dərdi dərdimiz olan Can Azərbaycanın 8 Noyabr- Zəfər Gününü ürəkdən təbrik edirik.

Qarabağın azad edilməsi üçün canını fəda edən 10 aylıq Narinimiz və 1 yaşındakı Mədinəmiz ilə birlikdə bütün mülki və əsgər şəhidlərimizə rəhmət, bu yolda qanını tökən əsgər və qazilərimizə də sağlamlıq diləyirik.

Şanlı Vətən Azərbaycan, üçrəngli bayrağınla dünya durduqca var ol, daim yaşa”, - deyə Y.Topçu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti