...

Daşaltı kəndinin inkişaf konsepsiyası yekunlaşıb - Aydın Kərimov

Siyasət Materials 9 Noyabr 2022 09:43 (UTC +04:00)
Daşaltı kəndinin inkişaf konsepsiyası yekunlaşıb - Aydın Kərimov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa rayonunun Daşaltı kəndinin inkişaf konsepsiyası demək olar ki, yekunlaşıb.

Bunu çərşənbə axşamı Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, orada xüsusi turizm infrastrukturunun yaradılmasına yönəlmiş layihələr həyata keçirləcəkdir.

"Güman edirik ki, gələn ildən o proseslərə aktiv başlanılacaqdır. Şuşada da işlər davam edəcəkdir. Yeni yaşayış komplekslərinin təməli qoyulub. Yeni küçə-yol şəbəkəsi artıq bəllidir. Burada yaşayacaq əhaliyə xüsusi xidmətlər də göstəriləcək. Bu baxımdan, yaxınlarda keçmiş poçt binası adlanan binada əsaslı təmir işləri aparılacaq. 4 mühüm qurumun fəaliyyəti - "ASAN" xidmət, "DOST" xidməti, KOB evləri və rabitə qovşağı təmin olunacaq", - deyə A.Kərimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti