...

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib (FOTO/VİDEO)

Siyasət Materials 15 Noyabr 2022 13:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti