...

İranın mövqeyi nə qonşuluq, nə də islami dəyərlər baxımından qəbuledilən deyil - Azər Qarayev (FOTO/VİDEO)

Siyasət Materials 15 Noyabr 2022 15:10 (UTC +04:00)
İranın mövqeyi nə qonşuluq, nə də islami dəyərlər baxımından qəbuledilən deyil - Azər Qarayev (FOTO/VİDEO)

Bakı. Trend:

İran İslam Respublikası xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyəti həyata keçirməsi böyük təəssüf doğurur və xalqımız, ictimaiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Azərbaycan dövləti tarixən İrana qarşı dost əlini uzadıb, səmimi dostluq və qardaşlıq münasibəti bəsləyib. Ona görə də İran dövlətinin ölkəmizə qarşı bu təxribatları bizi məyus edir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə açıaqlamasında Azərbaycan təhlükəzilik orqanlarının veteranı, DTX-nın fəxri əməkdaşı, Birinci Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik Azər Qarayev bildirib.

O əlavə edib ki, İran rəhbərliyinin bu düşmən mövqeyi nə qonşuluq, nə də islami dəyərlər baxımından qəbul edilən deyil: “İran uzun illərdir ki, işğalçı Ermənistana hərtərəfli dəstək verir. Həm gizli, həm də açıq şəkildə Azərbaycan əleyhinə işlər aparılır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları son bir ayda iki dəfə İranın ölkəmizdəki casus şəbəkəsini ifşa edib. Hesab edirəm ki, bunlar xüsusi peşəkarlıqla həyata keçirilən mükəmməl əməliyyatlardır. Fikrimcə, istintaq davam etdikcə cinayətkar şəbəkənin dairəsi genişlənəcək və daha çox şəxs işfa edilərək məsuliyyətə cəlb olunacaq”.

Azər Qarayev xüsusilə vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq və son dərəcə məsuliyyətli olmalıdır: “Vətəndaşlarımız müxtəlif məqsədlərlə İrana tez-tez səfərlər edirlər. Mümkündür ki, orada İran xüsusi xidmət orqanları onları tora salmaq, həvəsləndirici vədlər verərək agentura şəbəkəsinə cəlb etmək istəyərlər. Əgər kimsə hər hansı təzyiq altında buna razılıq veribsə, Azərbaycana qayıdan kimi xüsusi xidmət orqanlarına məlumat versin. Bu halda həmin şəxs məsuliyyətdən azad edilir”.

Polkovnik bildirib ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları işinin öhdəsindən layiqincə gəlir və istənilən təxribatın qarşısını almağa qadirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti