...

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib

Siyasət Materials 15 Noyabr 2022 16:00 (UTC +04:00)
Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 14-15 noyabr tarixlərində Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bu gün Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti