...

Azərbaycan regionun inkişafında çox strateji rol oynayır - Amanda Pol

Siyasət Materials 25 Noyabr 2022 14:57 (UTC +04:00)
Azərbaycan regionun inkişafında çox strateji rol oynayır - Amanda Pol
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionun inkişafında çox strateji rol oynayır.

Bunu bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçısı olan Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol konfransdan sonra Trend-ə açıqlamasında deyib.

Qarabağda aparılan bərpa-quruculuq işlərindən bəhs edən A.Pol həmin ərazilərdə infrastrukturun sürətlə inkişaf etdiyini bildirib.

“Qarabağın bərpası vaxt tələb edən bir işdir. Lakin buna baxmayaraq artıq orada sürətli inkişaf müşahidə olunur. Digər bir vacib məsələ də regionda sülhün bərqərar olmasıdır. Ümid edirəm ki, Qarabağ tezliklə bərpa olunar və insanlar yaxın zamanda öz torpaqlarına geri dönər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti