...

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılır

Siyasət Materials 1 Dekabr 2022 14:03 (UTC +04:00)
Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Trend-in məlumatına görə, Saziş bu il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti