...

Azərbaycan yerli etnik ermənilərin digər Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarının olacağına təminat verir - XİN rəhbəri

Siyasət Materials 1 Dekabr 2022 21:46 (UTC +04:00)
Azərbaycan yerli etnik ermənilərin digər Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarının olacağına təminat verir - XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

"Azərbaycan post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Bu xüsusda, Azərbaycan Konstitusiyası möhkəm hüquqi çərçivəni təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti