...

Prezident İlham Əliyev: Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq

Siyasət Materials 21 Dekabr 2022 16:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq

Bakı. Trend:

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti