...

Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını bizə şəxsən özü verməsi məsuliyyətimizi daha da artırırdı - Vətən Müharibəsi Qəhrəmanı (FOTO/VİDEO)

Siyasət Materials 24 Dekabr 2022 13:53 (UTC +04:00)
Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını bizə şəxsən özü verməsi məsuliyyətimizi daha da artırırdı - Vətən Müharibəsi Qəhrəmanı (FOTO/VİDEO)

Bakı. Trend:

Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin təməlində bir neçə amil dayanır. Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun öz Ali Baş Komandanına inamı və güvəni, eyni zamanda qəhrəman hərbçilərimizin yüksək döyüş əzmi, düşməndən qisas hissi. Ən əsası isə Ali Baş Komandanın döyüş tapşırıqlarını bizə şəxsən özü verməsi məsuliyyətimizi daha da artırırdı.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində 5-ci ordu korpusunun komandanının müavini, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Telman Hüseynov bildirib.

O qeyd edib ki, Vətən Müharibəsinin başlamasından bir neçə gün əvvəl sentyabrn 27-si səhər saatlarında düşmən təxribatının qarşısı almaq üçün əks-hücum əməliyyatı ilə bağlı üçün tapşırıq verildi.

"Tapşırıq Azərbaycan Ordusunda sevinclə qarşılandı. Hər bir ordu mənsubu düşmən üzərinə bütün gücüylə getməyə hazır idi.

Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən qoyulmuş tapşırıqları yerinə yetirməyə tam məsuliyyəti ilə hazırlaşır. Azərbaycan xalqı və dövləti əmin ola bilər ki, andımıza sadiq qalaraq vətənin keşiyində duraraq, istənilən tapşrığı yerinə yetirməyə hazırıq.

Düşmən tərəfindən növbəti mümkün ola biləcək təxribatların qarşısını alınmasına hazırlıq davam etdirilir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti