Bakı. Trend:
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri 2023-cü ilin əvvəlində bir sıra məsələləri müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bunu Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
“Biz digər məsələlərlə yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin geniş gündəliyini müzakirə etmək barədə razılığa gəldik. Amma hesab edirəm ki, bu həm də dekabrın 23-nə nəzərdə tutulan proqramın ikinci hissəsini başa çatdırmaq üçün yaxşı fürsətdir. Düşünürəm ki, bu gün yaxşı, səmərəli müzakirələrimiz olacaq, münasibətlərimizdə yubiley ilinin yekunlarını, həmçinin 2023-cü ilin əvvəli üçün bir sıra məsələləri müzakirə edə biləcəyik”, - deyə Bayramov qeyd edib.