...

Sülh müqaviləsi ilə bağlı Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmaq üçün hər şeyi etmək lazımdır - Lavrov

Siyasət Materials 23 Dekabr 2022 16:05 (UTC +04:00)

Bakı. Trend:

Sülh müqaviləsi ilə bağlı Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmaq üçün hər şeyi etmək lazımdır.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Bu gün biz sülh müqaviləsi mövzusuna toxunduq. Hesab edirik ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün hər şey edilməlidir. Müəyyən mərhələdə belə görünürdü ki, Azərbaycanın Ermənistan tərəfindən müsbət qarşılanan ilkin təklifləri müvafiq hüquqi sənədin hazırlanmasına zəmin yaradacaq. Danışıqlar prosesində Rusiyanın yardımına ehtiyac olması dostlarımız tərəfindən qəbul edilir”, - deyə o bildirib.

Lavrov qeyd edib ki, Rusiya heç kimin olmadığı qədər regionda davamlı və ədalətli sülhün bərqərar olmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti