...

Azərbaycanın Laçın yolunun blokadaya alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - Nazir

Siyasət Materials 23 Dekabr 2022 16:28 (UTC +04:00)
Azərbaycanın Laçın yolunun blokadaya alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - Nazir

Bakı. Trend:

Azərbaycanın Laçın yolunun blokadaya alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Bu məlumat çoxlu sayda faktlarla təkzib olunur. Əvvəla, dekabrın 12-də mitinqə başlayan ictimai fəallar əlaqə vasitələrini bölüşərək Azərbaycanın təbii sərvətlərinin talanmasına, ekoterrora qarşı olduqlarını açıq şəkildə bildirdilər. Onların yük maşınlarının, təminat maşınlarının, nəqliyyat vasitələrinin və vətəndaşların keçidinə mane olmaq məqsədi yoxdur. Bütün bu günlərdə həm təcili yardım maşınlarının, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınlarının, hər iki istiqamətdə sülhməramlıların karvanlarının rahat şəkildə hərəkət etdiyinə dair çoxlu sayda fakt da var”, - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti