Bakı. Trend:
Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarına qarşı ittihamlarını əsassız adlandırıb.
Trend xəbər verir ki, bu barədə o, Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
Lavrov ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, Nikol Paşinyan Rusiya sülhməramlılarını öhdəliklərini tam olaraq yerinə yetirməməkdə günahlandırıb.