...

Misirli blogerdən İƏGF Avrasiya Regional Mərkəzinin eko aksiyasına dəstək

Siyasət Materials 24 Dekabr 2022 14:49 (UTC +04:00)
Misirli blogerdən İƏGF Avrasiya Regional Mərkəzinin eko aksiyasına dəstək

Bakı. Trend:

Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Təşkilati ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib. Bəyanatda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə, Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

Bu yaxınlarda Misirin tanınmış blogeri Əmr Al-Gizi öz instaqram səhifəsində Mərkəzin ekoaksiyasına dəstəyi, eləcə də Azərbaycan torpaqlarında təbii resursların qeyri-qanuni şəkildə çıxarılmasına son qoyulmasını tələb edən post paylaşıb.

Qeyd etmək lazımdır ki, Ə.Qizi bu yaxınalrda İƏT Gənclər Təşkilati ARM–nin həyata keçirdiyi "Show me Azerbaijan – Beynəlxalq Blogerlərin Şuşa Düşərgəsi” layihəsi çərçivəsində Qarabağa səfər edərək öz yutub kanalında ayrıca videoreportaj yerləşdirib. Reportajda https://youtu.be/HAuJupVoBoI Qarabağda baş verən dağıntılar öz əksini tapıb, tanınmış bloger Azərbaycan ordusunun 44 günlük müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, eləcə də Qarabağın mədəniyyətindən bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti