Bakı. Trend:
Qanunsuz silahli birləşmələrin Qarabağdan çıxarılması Ermənistanın öhdəliyidir.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Biz danışıqlar zamanı bu məsələni qaldırırıq və qaldırmağa da davam edəcəyik. Bu, həqiqətən də Ermənistanın öhdəliyidir və o, bu öhdəliyi pozur. Ermənistan buna paralel olaraq, bölgədə davamlı gərginlik yaradır. Bir çox hallarda Qarabağda gərginliyə səbəb qanunsuz silahlı birləşmələrin oradakı fəaliyyətidir”, - nazir deyib.