...

Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır - ŞƏRH

Siyasət Materials 14 Yanvar 2023 13:51 (UTC +04:00)
Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev yanvarın 10-da yerli mətbuata müsahibəsində bir çox mühüm məsələlərə toxundu. Dövlət başçısı həm daxili məsələlər, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, eyni zamanda Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi və beynəlxalq arenada baş verən proseslər və digər məsələlərlə bağlı suallara detallı və müfəssəl cavab verdi. Eyni zamanda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaibətləri ilə bağlı xüsusi aspektlərə toxundu və ciddi mesajlar verdi.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, Prezident İlham Əliyev Ermənistana və ona havadarlıq edən ölkələrə də ciddi mesajlar verdi.

“Bu iki il ərzində Ermənistan istər 10 noyabr bəyanatını, istərsə də ondan sonra imzalanmış Soçi, Praqa və digər bəyanatlarını hələ də icra etmir. Azərbaycan bəyanatlarla üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirərək bəyanatları yerinə yetirməkdən yayaınır, regionda sülhün bərqərar olması prosesinə mane olur.

Prezident İlham Əliyev bəyan etdi ki, “Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaq. Bu il Ermənistan üçün sonuncu şans olacaq. Ona görə ki, 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır”.

Hesab edirəm ki, Ermənistan bu məsələni uzatmamalıdır. Nə qədər ki, şans var Ermənistan bundan istifadə etməlidir. Çünki Ermənistanın başqa seçimi yoxdur. Əks halda Ermənistan daha çətin vəziyyətlə üzləşəcək.

Yəni burada Ermənistan üçün yalnız bir seçim qalır, o da Azərbaycanın yaratdığı yeni reallığı qəbul edib, əməkdaşlıq etmək, sülh müqaviləsinin imzalanmasına razı olmaqdır. Əks halda Ermənistan düşdüyü çətin durumdan çıxa bilməyəcək və daha ağır böhranla üzləşməli olacaq. Bu gün Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir və bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıq etmək, regionda yaranmış yeni mühitdən faydalanmaqdır”, - deyə deputat əlavə edib.

S.Hüseynova vurğulayıb ki, bu gün Ermənistanı silahlandıran havadarları nə etdiklərini yenidən düşünməli. “Ermənistanı silahlandırmaq region üçün təhdidlər yaradır. Ermənistana verilən silahların yalnız bir hədəfi var və o da Azərbaycandır. Ermənistanı silahlandıran ölkələr Azərbaycana qarşı qeyri-dost münasibəti göstərmiş olurlar. Onlar həmçinin nəzərə almalıdır ki, Azərbaycanın güclü ordusu var və ən müasir silahlarla təchiz olunub. Vətən müharibəsində Ermənistanın illərlə silahlandərəlmasının heç bir işə yaramadığı ortaya çıxdı və həmin silahlar ordumuz tərəfindən məhv edildi. Ermənistanın yenidən silahlandırılması da işə yaramayacaq, Ermənistana heç bir faydası olmayacaq”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə deyib ki, Prezident İlham Əliyev yanvarın 10-da yerli mətbuata verdiyi müsahibədə bir çox mühüm məsələlərə toxundu və eyni zamanda Ermənistana və onun havadarlarına açıq mesajlar verdi.

“Ermənistan bu mesajlardan nəticə çıxarmalı və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməlidir. Əgər Ermənistan tərəfindən Azərbaycana qarşı hər hansı bir təhdid olarsa bunun nəticəsi çox ağır olacaq”, - deyə deputat əlavə edib.

O bildirib ki, bu gün Ermənistanın havadarları onu silahlandırmağa davam edir. “Dövlət başçısı bu məsələyə toxunaraq bildirdi ki, bu gün Ermənistana heç nə ilə kömək etmək mümkün deyil. Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsi zamanı, həm də ondan sonrakı dövrdə keçirdiyi əməliyyatlarla öz gücnü Ermənistana nümayiş etdirdi. Əgər Ermənistanın havadarları onu silahlandırmaqla ruh verməyə çalışırlarsa, Azərbaycan həmin ölkələrin qeyri-dost addım atdığını hesab edir. Çünki Ermənistana verilən silahların istifadə hədəfi Azərbaycandır. Ermənistan və onu silahlandıran havadarları bundan ciddi nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, Ermənistana heç nə ilə kömək edə bilməyəcəklər.

Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır, Azərbaycanla sülh müqaviləsi imzalamaqdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir. “Əgər Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasından yayınmağa cəhd edəcəksə, Azərbaycan sərhəddin harada olmasını özü müəyyənləşdirəcək və əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş hüququdur”, - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan vətən müharibəsindən sonra iki il müddətində öz hərbi qüdrətini daha da möhkəmləndirib. “Ordumuzun maddi-texniki bazası gücləndirilib, müasir silahlarla təmin edilib. Eyni zamanda bu gün Azərbaycan 30-dan çox ölkəyə müdafiə sənayesi məhsulları ixrac edir ki, bu da müdafiə sənayesi sahəsinin inkişafının göstəricisidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti