...

Avropa Parlamentinin qərəzli qətnaməsinin müəllifləri Ermənistana dəstək verən parlamentarilər olub - Tural Gəncəliyev (VİDEO)

Siyasət Materials 20 Yanvar 2023 17:37 (UTC +04:00)
Avropa Parlamentinin qərəzli qətnaməsinin müəllifləri Ermənistana dəstək verən parlamentarilər olub - Tural Gəncəliyev (VİDEO)

Bakı. Trend:

Avropa Parlamentinin (AP) 18 yanvarda Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin müəllifləri və bu təşəbbüslə çıxış edən Avropa Parlamentinin üzvləri əvvəl Ermənistanla dostluq qrupunda təmsil olunan və Ermənistana dəstək verən parlamentarilər olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev deyib.

O qeyd edib ki, 18 yanvar qətnaməsinin qəbulu ilə bağlı çox şübhəli məqamlar ortaya çıxıb.

“Əgər həmin gün Avropa Parlamentində səsverməyə qoyulan və qəbul edilən digər sənədlər ümumi səsvermə ilə, yəni elektron səsvermə ilə həyata keçirilmişdisə, Azərbaycana qarşı qarayaxma kampaniyası əsasında hazırlanmış və sərsəm fikirləri özündə ehtiva edən bu sənədlə bağlı səsverməyə gəldikdə isə ümumi səsverməyə çıxarılmayıb və sadəcə olaraq, "əl göstərməsi" üsulu ilə qəbul edilib.

Hesab edirik ki, bu metodun seçilməsi bizi düşündürür ki, məhz AP-da təmsil olunan üzvlərin hamısının qətnamənin qəbul edilməsinə cəlb edilə bilinməməsi səbəbindən bu qərəzli qətnamənin ümumi səsvermə ilə deyil, "əl göstərməsi" üsulu ilə qəbul edilməsi onu göstərir ki, Avropa Parlamentinin istər rəhbərliyində təmsil olunan, istər Ermənistanla dostluq qrupunun üzvlərinin son məqsədi o olub ki, necə olur-olsun, qətnamə qəbul edilsin”, - deyə T.Gəncəliyev bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti