...

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub - XİN

Siyasət Materials 27 Yanvar 2023 13:58 (UTC +04:00)
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb.

Trend-in məlumatına görə bu barədə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə yaydığı bəyanatda qeyd edilib.

"Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti