...

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm - Natali Qule

Siyasət Materials 28 Yanvar 2023 09:58 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm - Natali Qule
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa senatoru Natali Qule yanvarın 27-də Azərbaycanın İrandakı səfiriyində baş verən terror aktını qətiyyətlə pisləyib.

Trend bu barədə senatorun tvitter hesabına istinadən xəbər verir.

"Azərbaycanın Tehrandakı səfirliyində bir əməkdaşın ölümü və mühafizə xidmətinin bir neçə əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirəm. Həlak olan Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - o yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti