Bakı. Trend:
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinin birinci mərhələsi başa çatıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu prosesə yanvar ayının əvvəlindən başlanılıb və fevralın 5-nə qədər davam edib.
“Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları seçici siyahılarını dəqiqləşdirib dairə seçki komissiyalarına təqdim ediblər. Hazırda proses davam etməkdədir”, - deyə o qeyd edib.