...

İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salındı

Siyasət Materials 8 Fevral 2023 14:26 (UTC +04:00)
İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salındı

Bakı. Trend:

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salınıb.

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.

Dəyişiklikdə qeyd edilir ki, İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-nə qədər təxirə salınır.

Qeyd edək ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2023-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti