...

Erməni separatçıların cəzalandırılması üçün çox ciddi faktlar və dəlillər toplanılır – Keçmiş hərbi prokuror (FOTO/VİDEO)

Siyasət Materials 14 Fevral 2023 11:42 (UTC +04:00)
Erməni separatçıların cəzalandırılması üçün çox ciddi faktlar və dəlillər toplanılır – Keçmiş hərbi prokuror (FOTO/VİDEO)

Bakı. Trend:

Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları arasında terror, təxribat və pozuculuq fəaliyyəti ilə məşğul olan şəxslər var. Bu terrorçular haqqında faktlar və sübutlar toplanılır. Şübhəli şəxslərin dairələri müəyyənləşdirlir. İnanırıq ki, onlar layiqli cəzalarını alacaqlar.

Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında keçmiş hərbi prokuror İlham Məmmədov deyib.

O, bildirib ki, ermənilər tarixən Azərbaycan xalqına qarşı düşmən kəslib və terrorçuluq siyasəti həyata keçirib: “Ermənilər tarixi Azərbaycan torpaqlarına qanunsuz köçürüldükdən sonra uzun illər xalqımıza qarşı soyqırımlar həyata keçirib. Onların bu vəhşiliyinin təməlində terrorçu Qaragen Njdenin faşist ideologiyası dayanır. Ermənistan dövləti terroru özünə siyasi xətt kimi seçib. Ermənilər Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlılara qarşı dəhşətli müharibə cinaəyətləri törədiblər. Onlarla yaşayış məntəqəmizdə amansız soyqırımlar həyata keçirilib. İnsanlara ağlasığmaz işgəncələrlə divan tutulub”.

İ.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti bu cinaytlərlə bağlı lazımi faktları, istintaq matererallarını, dəlil sübutları topalayaraq beynəlxalq dairələrə təqdim edib: “Vaxtilə aparılan istintaq prosesində iştirak edən prokuror kimi deyə bilərəm ki, erməni vəhşilikləri ilə tanış olduqda insanın qanı donur, insan dəhşətə gəlir. Belə vəhşilikləri yalnız psixi durumu yerində olmayan xəstə insan edə bilər. Odur ki, həmin cinayətkarların tutulub cəzalandırılması üçün hüquq-mühafizə orqanlarımız əlindən gələni edib. İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan çoxsaylı hərbi cinayətlər törətdi. Bu faktlar da toplanılıb və beynəlxalq qurumlara ünvanlanıb. Hazırda Qarabağda yaşayan etnik ermənilər arasında da ağır cianyətlər törədən şəxslər var. Onların müəyyən edilərək cəzalandırılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, ölkəmizə qarşı düşmənçilik edən və cinayətlər törədən hər bir erməni terrorçusu barəsində lazım olan dəlil-sübutlar toplanılır. Onlar gec-tez Qanun qarısında cavab verəcəklər. Necə ki, biz indiyə qədər buna müəyyən qədər də olsa nail olmuşuq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti