...

Ermənilərin Xocalıda törətdiyi soyqrımının izləri ilk gündən bəri sağalmaz yara kimi qalıb - Yalçın Topçu

Siyasət Materials 26 Fevral 2023 09:42 (UTC +04:00)
Ermənilərin Xocalıda törətdiyi soyqrımının izləri ilk gündən bəri sağalmaz yara kimi qalıb - Yalçın Topçu

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının acısı ilk gündən bəri sağalmaz yara kimi qalıb.

Trend xəbər verir ki, bunu TurkicWorld-ə özəl açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

O qeyd edib ki, erməni əsgərlərinin gecə vaxtı silahsız dinc əhaliyə qarşı törətdikləri bu kütləvi qətl bəşər tarixində soyqırım kimi öz yerini tutub.

“Ermənistan 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilən bu soyqırımın hesabını verməli və 44 günlük Qarabağ müharibəsinin sonunda 2020-ci il noyabrın 9-da imzaladığı şərtləri tam yerinə yetirməlidir. Biz Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”,- deyə Topçu vurğulayıb.

İnsanların BMT-nin unutdurmağa çalışdığı “Xocalıya Ədalət” tələbini heç vaxt unutmayacağını bildirən Topçu Xocalıda törədilən soyqırımın bu günə qədər hesabının verilməməsinin də bütün dünyanın utancı olduğunu qeyd edib.

“Xocalı soyqırımında şəhid olan bütün günahsız insanları soyqırımının ildönümündə hörmət və rəhmətlə yad edirik”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti