...

Kürdəmirdən qalxan SSRİ qırıcılarının vurduğu Amerika təyyarəsinin pilotlarını Heydər Əliyev şəxsən dindirib - Azər Qarayev (FOTO/VİDEO)

Siyasət Materials 1 Mart 2023 09:35 (UTC +04:00)
Kürdəmirdən qalxan SSRİ qırıcılarının vurduğu Amerika təyyarəsinin pilotlarını Heydər Əliyev şəxsən dindirib - Azər Qarayev (FOTO/VİDEO)

Bakı. Trend:

1958-ci ildə İran üzərindən Azərbaycan SSRİ-nin hava sərhədlərini pozan Amerika təyyarəsini Kürdəmirdən qalxan qırıcılar vurmuşdu. Təyyarə Ağdam rayonu ərazisinə düşmüş, amma tam partlamamışdı. Pilotlardan 4-ü paraşutla tullanıb sağ qalmışdı. Qalan 5 nəfər ekipaj üzvü isə təyyarədə qalmışdı. Həmin zaman hadisə yerinə göndərilən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi əməliyyat istintaq qrupuna Heydər Əliyev rəhbərlik edirdi.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində, təhlükəszilik orqanlarının veteranı, Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı, polkovnik Azər Qarayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə əməliyyat qrupu amerikalı hərbçiləri Bakıya gətirir. Onların ətrafında çox ciddi istintaq əməliyyat tədbirləri həyata keçirilir.

"Araşdırmaların nəticəsi olaraq məlum olur ki, təyyarə arientiri itirərək sərhədləri pozub, amma eyni zamanda amerikalı hərbçilərdən o dövr üçün əhəmiyyətli olan xeyli sayda məxfi məlumatlar əldə edilmişdi. NATO-nun hərbi bazalar yerləşdirdiyi ölkə və şəhərlər, hərbiçilərin sayı, silah və sursatların növü və miqdarı və s. İstintaq əməliyyat işləri o qədər peşəkarlıqla və dəqiqliklə aparılmışdı ki, mərkəzi hakimiyyət buna görə Heydər Əliyevin işini yüksək qiymətləndirmişdi. Bunun əsasında Ulu Öndər raport ilə Azərbaycan DTK rəhbərliyinə müraciət edərək bütün komissya üzvlərini mükafatlandırılmasını xahiş etmişdi və istədiyinə nail olmuşdı. ", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev bildirib ki, ulu öndərin təhlükəsizlik orqanlarında çalışdığı dövrlərdə xeyli sayda unikal əməliyyatları olub.

Heydər Əliyev xüsusi xidmət orqanlarında tələbkarlığı, peşəkarlığı, yüksək şəxsi keyfiyətləri ilə qurumun sədri vəzifəsinə qədər yüksəlib. Mən orqanda çalışdığım gənc vaxtlarımdan DTK arxivlərində Heydər Əliyevin apardığı əməliyyat işləri ilə tanış olurdum. Sənədlərə baxanda heyran qalırdım. Heydər Əliyev dərkənar qoymaqla yanaşı əməliyyat planları barədə konkret hədəfləri və vəzifələri qeyd edirdi. Yəni, əməkdaşlar onun qoyduğu dərkənarla, göstərdiyi istiqamətlərlə çox asanlıqla işlərinin öhdəsindən gəlirdilər. Heydər Əliyevin fəaliyyəti hər birimiz üçün məktəb, mükəmməl örnək idi", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti