...

Türkiyənin Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 1 Mart 2023 18:01 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türkiyəyə göstərilən yardıma görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Cahit Bağcının jurnalistlərə dediyinə görə, Türkiyənin köməyinə gələn ilk ölkə Azərbaycan olub.

"Bilirik ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin xilasedicilərindən ibarət qrup tərəfindən aparılan axtarış-xilasetmə işləri Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Türkiyəyə ezam olunmuş ən böyük xilasedicilər qrupu Azərbaycana məxsus idi. Beynəlxalq xilasedicilər qrupu arasında məhz azərbaycanlı xilasedicilər böyük sayda insanın həyatını xilas etdilər və tibbi yardım göstərdilər", - o deyib.

Səfir, həmçinin, Azərbaycanın, bununla yanaşı, maddi yardım göstərdiyini də qeyd edib.

"Azərbaycandan Türkiyəyə böyük miqdarda texniki avadanlıq, çadırlar, generatorlar və digər həyati əhəmiyyətli əşya və ləvazimatlar göndərilib", - o əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti