...

ABŞ-nin Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

Siyasət Materials 6 Mart 2023 10:17 (UTC +04:00)
ABŞ-nin Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat verib.

Qeyd edilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.

ABŞ diplomatı Ermənistan və Gürcüstana da səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti