...

Bu gün Türk İnvestisiya Fondunun təsisinə dair sənəd imzalanacaq

Siyasət Materials 16 Mart 2023 14:18 (UTC +04:00)
Bu gün Türk İnvestisiya Fondunun təsisinə dair sənəd imzalanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türk İnvestisiya Fondunun təsisinə dair sənəd imzalayacağıq.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

"Səmərqənd sammitində biz ticarət-iqtisadi inteqrasiyamızı artırmaq üçün mühüm addımlar atdıq. Bu gün təsis müqaviləsi imzalanacaq Türk İnvestisiya Fondunun yaradılması da bu addımlardan biridir. Ümid edirik ki, Səmərqənd sammitində ticarət və nəqliyyatın inkişafı üçün imzalanmış sənədlər sürətlə həyata keçiriləcək, - Prezident bildirib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti