...

Türkiyə və Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik - Sergey Lavrov

Siyasət Materials 7 Aprel 2023 13:16 (UTC +04:00)
Türkiyə və Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik - Sergey Lavrov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün birgə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya Cənubi Qafqaz və bu regiona qonşu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır. Cənubi Qafqazın münaqişə sonrası bərpasını alqışlayırıq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata nail olunub. Bu bəyanat işin davam etdirilməsi üçün əsas olaraq qalır", - S.Lavrov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti