...

Keçmiş erməni tələbələrimi reinteqrasiya dialoqunda iştiraka çağırıram - Kamal Abdulla "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 10 Aprel 2023 12:27 (UTC +04:00)
Keçmiş erməni tələbələrimi reinteqrasiya dialoqunda iştiraka çağırıram - Kamal Abdulla "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə çıxıb.

Verilişin qonağı Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış ictimai-siyasi xadim, alim, akademik və xalq yazıçısı Kamal Abdulla olub.

Verilişdə Qarabağdakı erməni azlığın reinteqrasiya prosesi ilə əlaqədar məsələlər müzakirə olunub.

Kamal Abdulla erməni əsilli keçmiş tələbələrini Qarabağdakı ermənilərin reinteqrasiyası üzrə dialoqa çağırıb.

"Mən vaxtilə Xarici Dillər İnstitutunda işləmişəm. Tələbələrim arasında erməni əsilli gənc qızlar və oğlanlar da var idi. Hazırda bizi izləyirlərsə və Xarici Dillər İnstitutunda əməkdaşlığımızı xatırlayırlarsa, məni tanıyan hər kəsi, öz tələbələrimi dəvət edə bilərəm", - o deyib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti