...

Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz - Cahit Bağçı

Siyasət Materials 15 Aprel 2023 13:30 (UTC +04:00)
Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz - Cahit Bağçı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq idman yarışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Twitter" hesabında bildirib.

"Son günlər Ermənistan tərəfindən sərgilənən davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmayan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq", - deyə səfir əlavə edib.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti