...

"Bizdə insan hüquqları Fransadan öncə olub" - Xəlil Sisse

Siyasət Materials 17 May 2023 11:25 (UTC +04:00)
"Bizdə insan hüquqları Fransadan öncə olub" - Xəlil Sisse
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hansı demokratiyadan danışır?! Onlar bizə məcbur edirlər ki, onların demokratiyasından istifadə edək.

Trend-in məlumatına görə, bu barədə NIDEM (Malinin İnkişafı Üçün Yeni Təşəbbüs) prezidenti Xəlil Sisse “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Bizə belə dırnaqarası demokratiya lazım deyil. Bizdə insan hüquqları Fransadan öncə olub. Afrika sözün əsl mənasında azad olmalıdır. Müstəmləkəçilik hələ Afrikada bitməyib. Biz sadəcə kağız üzərində azadıq. Afrika ölkələri mütləq birləşməlidir. Gərək iqtisadi cəhətdən öz fabrik, zavodlarımız olsun. Biz gözləməməkiyik ki, başqa qitələrdən bizə yemək gəlsin”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti