...

Avstraliya İttifaqının General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 6 İyun 2023 17:51 (UTC +04:00)
Avstraliya İttifaqının General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti illərdə də inkişaf edəcəkdir".

Xəbər lenti

Xəbər lenti