...

Azərbaycan Silahlı Qüvvələri regionun sabitliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır - Yalçın Topçu

Siyasət Materials 26 İyun 2023 11:40 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri regionun sabitliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır - Yalçın Topçu

Bakı. Trend:

BMT qətnamələrinə baxmayaraq, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını 44 günlük müharibə ilə azad edən Can Azərbaycanın Silahlı Qüvvələri hazırda regionun sabitliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır.

Trend-in məlumatına görə, bu sözləri TurkicWorld-ə özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

Y.Topçu onu da qeyd edib ki, 26 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordu yaradıldı və dahi dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin qərarı ilə hər il bu tarix Azərbaycan Silahlı Qüvvələr Günü kimi qeyd edilir.

“1994-cü ildə Türkiyəyə səfəri zamanı “Bir millət, iki dövlət” şüarını səsləndirərək Azərbaycan və Türkiyənin qardaş olduğunu bəyan edən Azərbaycan və Türk Dünyasının Ulu Öndəri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycanın müstəqilliyinin və gələcəyinin təminatı olan Milli Ordunun 26 İyun Silahlı Qüvvələr Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti