...

Ərdoğan Azərbaycan Ali Məhkəməsinin sədrini qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyul 2023 22:30 (UTC +04:00)
Ərdoğan Azərbaycan Ali Məhkəməsinin sədrini qəbul edib (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il iyulun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.

Trend Ali Məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib və onun rəhbərliyi ilə Türkiyənin bundan sonra da hərtərəfli inkişafa nail olacağına əminliyini ifadə edib.

Görüşdə Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız üçün güvənc mənbəyi olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsindəki münasibətlər bu gün uğurla inkişaf edir və bundan sonra mövcud əməkdaşlıq daha da möhkəmlənəcək.

Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdıraraq, Ali Məhkəmənin sədri və kollektivinə fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti