...

Meksika mətbuatı Ermənistanın təxribatlarını və Qərbin ikili standartlarını işıqlandırıb

Siyasət Materials 18 Avqust 2023 10:34 (UTC +04:00)
Meksika mətbuatı Ermənistanın təxribatlarını və Qərbin ikili standartlarını işıqlandırıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın məşhur “Heraldo de Mexico” qəzetinin həm elektron, həm də çap versiyasında “Azərbaycan və Ermənistan, harmoniya axtarışında” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə ölkəmizin 2020-ci ildə uzun illər davam edən işğala son qoymasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyi vurğulanır. Ermənistan tərəfindən həyata keçirilən mina terrorunun dinc əhali üçün böyük təhlükə yaratdığı, insanların normal həyata qayıtmasına, şəhərlərin və infrastrukturun bərpasına mane olduğu qeyd olunur.

Yazıda Avropa institutlarının ikili standartlar nümayiş etdirərək Ukrayna ilə bağlı tutduqları mövqedən fərqli olaraq, Azərbaycanı ərazi bütövlüyünün bərpası məsələsində dəstəkləmədikləri, bununla belə Qərbin Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanı etibarlı enerji tərəfdaşı və regionun aparıcı qüvvəsi kimi qəbul etdiyi bildirilir. Bölgədə sülhə təhdidlərin mövcudluğuna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, vaxtilə etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlının təhlükəsiz şəkildə, zəruri həyat şəraitləri təmin edilməklə öz doğma torpaqlarına qayıdışının həyata keçirildiyi nəzərə çatdırılır.

Həmçinin, post-münaqişə dövrünün əsas çağırışlarından birini erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsinin təşkil etdiyi, iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpasının bütün regiounun iqtisadi və sosial rifahına xidmət edəcəyi bildirilir.

Xüsusi qeyd olunur ki, Fransa daxil olmaqla, bəzi Avropa qüvvələri tərəfindən “Qərbin baxışı” kimi qələmə verilən erməni mərkəzli yanaşma universal sayıla bilməz. Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə və sülh prosesinin təşəbbüskarı olmasına baxmayaraq, 30 ildir erməni propaqandasının alətinə çevrilmiş Qərb tərəfindən Azərbaycana qarşı bu gün də dezinformasiya, qərəz və ayrı-seçkilik davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti