Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin ilə görüşümüzdə Cənubi Qafqazda olan son vəziyyəti müzakirə etdik
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə birgə keçirdiyi mətbuat konfransda deyib.
"Bölgədə sülhün təmin olunması üçün işlərimizə davam edirik. Münaqişələrin başa çatmasına ümid edirik. V.Putin ilə görüşümüzdə Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyəti müzakirə etdik", - deyə R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.