...

ABŞ Senatında Qarabağ üzrə dinləmələr keçiriləcək

Siyasət Materials 8 Sentyabr 2023 15:12 (UTC +04:00)
ABŞ Senatında Qarabağ üzrə dinləmələr keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində sentyabrın 14-də Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı dinləmələr keçiriləcək.

Trend bu barədə cümə günü komitəyə istinadən xəbər verir.

Bildirilib ki, dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono iştirak edəcək.

Qeyd edək ki, Ermənistan Qarabağda guya "blokada" və "humanitar böhran"ın olduğuna dair yalan iddialar yaymaqla regionda vəziyyəti bilərəkdən qızışdırır ki, bu da sülh prosesinə mane olur.

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün ərzaq göndərib.

Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 11-ci gündür ki, Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan yük avtomobilləri Ağdam-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti