...

Ermənilər əsir və girov götürlən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub - Xanlar Vəliyev

Siyasət Materials 18 Sentyabr 2023 14:05 (UTC +04:00)
Ermənilər əsir və girov götürlən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub - Xanlar Vəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddialarını davam etdirib, məqsədlərinə nail olmaq üçün ümumbəşəri dəyərləri özündə ehtiva edən beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozub.

Trend verir ki, bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ermənilər Azərbaycan Respublikasının silahlı qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına, girov götürülən şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edilib, ağır işgəncələrə məruz qoyulub.

"Həmçinin, 3890 nəfərin taleyi barədə bugünədək heç bir məlumat verilməyib", - deyə X.Vəliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti