...

Ukrayna KİV-ləri ermənilərin mina terrorundan yazıb (FOTO)

Siyasət Materials 19 Sentyabr 2023 19:34 (UTC +04:00)
Ukrayna KİV-ləri ermənilərin mina terrorundan yazıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.

Trend xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “Korespondent”, “PolitDumka” və digər xəbər portallarında yayılan məqalələrdə azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduğu diqqətə çatdırılır.

Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıb.

Həmçinin vurğulanır ki, İkinci Qarabağ müharibəsindən sonra basdırılan minaların partlaması nəticəsində həlak olanların ümumi sayı 61 nəfərə çatıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin minalardan təmizlənməsinin 30 ilə yaxın davam edəcəyini və 25 milyard dollara başa gələcəyini açıqlayıb.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti