...

Ermənilər indi də qocaları silahlandırır - Əsl tragikomediya (FOTO)

Siyasət Materials 21 Sentyabr 2023 17:50 (UTC +04:00)
Ermənilər indi də qocaları silahlandırır - Əsl tragikomediya (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xankəndidə növbəti dəfə mülki şəxslər silahlarla görüntülənib.

Trend-in məlumatına görə, yayılan kadrlardan hətta qoca kişilərin də silahlandırıldığı aydın şəkildə görünür.

Azərbaycanın antiterror tədbirləri qarşısında aciz qalıb ağ bayraq qaldıran qeyri-qanuni erməni silahlı dəstələri və separatçılardan sonra mülki əhalinin silahlahlandırılması təəccüb və təəssüf doğurur və heç bir məntiqə sığmır. Görəsən yüngül silahlarla, o cümlədən tüfənglə silahlanmış yaşlı kişilər güclü, müasir silahlarla təchiz edilmiş peşəkar Azərbaycan Ordusuna müqavimət göstəməkmi fikrinə düşüblər?! Həm təəccüblü, həm də gülüncdür.

Doğrudur, onların silahlanması güc balansı baxımından heç nəyi dəyişmir, yəni onları güclü Azərbaycan Ordusu qarşısında maneə və yaxud da müqavimət göstərəcək qüvvə hesab etmək olmaz. Məsələ budur ki, erməni xisləti dəyişmir, elə istəyirlər ki, başlarına “dəmir yumruq” dəysin.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti