...

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçiriləcək

Siyasət Materials 22 Sentyabr 2023 10:01 (UTC +04:00)
Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 25-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentdən Trend-ə verilən məlumata görə, tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımından qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti