Bakı. Trend:
Şəhidlərimiz ən ali qürur mənbəyidir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.
"27 Sentyabr mübarək və şərəfli bir yürüşdür. Qarabağın işğalının 30 illik kədərini zəfər sevincinə çevirən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Qələbələriniz şanlı və xeyirli olsun. Şəhidlərimiz ən ali qürur mənbəyidir. Şəhidlər ölməz! Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.