...

Türkiyə-Azərbaycan əlaqələri dünyada anoloqu olmayan səviyyədədir - Rauf Əliyev

Siyasət Materials 28 Sentyabr 2023 11:08 (UTC +04:00)
Türkiyə-Azərbaycan əlaqələri dünyada anoloqu olmayan səviyyədədir - Rauf Əliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İki qardaş ölkənin əlaqələr bütün sahələrdə uğura inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin sentyabrın 25-də Naxçıvanda görüşü, imzalanan sənədlər, müzakirə olunan məsələlər, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar iki dost ölkənin münasibətlərinin dünəninə, bu gününə və sabahına bir daha nəzər saldı. Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

"Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir" söyləyən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Prezident İlham Əliyev Naxçıvanda mətbuata bəyanatında 19 sentyabrda aparılan lokal antiterror tədbirlərindən geniş bəhs edərək, diqqəti Türkiyənin Azərbaycana qardaş dəstəyinə yönəltdi və bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar vermişdi: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır.

Azərbaycan və Türkiyə hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün məsələlərin məhz bu prinsiplər çərçivəsində həll edilməsinə səy göstərirlər. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin, sülhün qarantı kimi dəyərləndirilir. Bu ölkələrin çağırışlarında hər zaman bu mühüm məqam xüsusi yer alır ki, ədalət meyarı əsas götürülməli, dünya ikili yanaşmalarına son qoymalıdır. Belə yanaşmalar ölkələrarası münasibətlərdə əsas faktor olan etimad mühitinə öz mənfi təsirini göstərir.

Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər.

Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün "Gücümüz birliyimizdədir" bəyan edən Prezident İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək.

İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətini vurğuluyan cənab Prezident qeyd etmişdir ki, bu kəmərin çəklişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətindən danışan cənab Prezident bildirib ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik.

24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bu qələbə tariximizin parlaq səhifəsidir.

Milli Məclisin deputatı Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti