...

Qarabağın erməni sakinlərinə reintegration.gov.az portalında qeydiyyatdan keçmək hansı imkanlar yaradır?

Siyasət Materials 28 Sentyabr 2023 18:10 (UTC +04:00)
Qarabağın erməni sakinlərinə reintegration.gov.az portalında qeydiyyatdan keçmək hansı imkanlar yaradır?
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün xüsusi portal yaradıldığını açıqlayıb.

Qeyd edək ki, ilkin qeydiyyat Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin bütün dövlət xidmətlərindən səmərəli istifadəsinə, eləcə də onların sosial-iqtisadi və humanitar ehtiyaclarının ödənilməsinə şərait yaradacaq.

Bundan əlavə, gələcəkdə portalda qeydiyyatın Azərbaycan vətəndaşlığının alınması üçün əsas olacağı istisna edilmir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası diqqətinizə çatdırır ki, ilkin qeydiyyat üçün Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər könüllü olaraq reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər.

Telefon nömrəsi: +994 12 526 09 19

WhatsApp nömrəsi: +994 70 527 09 19

Elektron poçt ünvanı: [email protected]

Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti