...

28 il əvvəl əsgəri öldürən şəxsin kimliyi məlum oldu - RƏSMİ

Siyasət Materials 29 Sentyabr 2023 10:29 (UTC +04:00)
28 il əvvəl əsgəri öldürən şəxsin kimliyi məlum oldu - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

"Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan açılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılıb və sonradan icraatı dayandırılıb cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub.

Həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edilərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilib və barəsində ittiham hökmü çıxarılıb", - deyə X.Vəliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti