...

Bizi Bakıya gəlməklə hədələyənlər artıq Bakıda həbsdədirlər - ŞƏRH

Siyasət Materials 5 Oktyabr 2023 10:56 (UTC +04:00)
Bizi Bakıya gəlməklə hədələyənlər artıq Bakıda həbsdədirlər - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev hər zamankı kimi, öz prinsipiallığını nümayiş etdirdi.

Bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycana ciddi şəkildə təzyiqlər var.

"Lokal antiterror tədbirlərindən öncə müxtəlif beynəlxalq qütblərin, BMT TŞ-yə üzv ölkələrin Azərbaycana ciddi şəkildə təzyiqləri var idi. Hər kəs ikili standartlardan çıxış edərək, ədalətsizliyini nümayiş etdirirdi. Lakin Azərbaycan Prezidenti öz prinsipial mövqeyində qaldı. Vətən torpağından pay olmayacağını hər kəsə göstərdi.

Artıq iki həftədir ki, terrorçular, separatçılar saxlanılaraq, Bakıya gətirilib. Bakıya gəlməklə bağlı Azərbaycanı hədələyənlər, torpağımızda oturub bizə dərs keçməyə çalışanlar artıq Bakıda həbsdədirlər. Bu, bütün dünyaya bir nümunədir. Heç kəs onlarla bağlı Azərbaycana bir söz deyə bilməz. Arayik Harutyunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən terror əməllərinə görə ittiham olunan şəxsdir.

Bunu özü də etiraf etmişdi. Artıq o, öz əməllərinə görə cavab verəcək. Hər kəs öz günahına görə mütləq şəkildə məsuliyyətə cəlb ediləcək. Bu, onların unuda bilmiyəcəyi bir addım olacaq", - deyə Z.Məmmədov əlavə edib.

Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan ,separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti