...

Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır - Ayxan Hacızadə

Siyasət Materials 30 Oktyabr 2023 23:13 (UTC +04:00)
Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır - Ayxan Hacızadə

Bakı. Trend:

Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “X” səhifəsində Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ana Badalyanın iddialarına cavabında bildirib.

“Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”, - Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Ermənistan XİN sözçüsü guya Azərbaycan ordusunun antiterror tədbirləri zamanı əziyyət çəkən şəxslərin “statistika”sını açıqlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti