...

Qərb Ermənistanı silahlandırmaqla növbəti gərginlik ocağı yaradır - Azər Qarayev

Siyasət Materials 14 Noyabr 2023 18:06 (UTC +04:00)
Qərb Ermənistanı silahlandırmaqla növbəti gərginlik ocağı yaradır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Ermənistanı silahlandırması və bunun fonunda Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi Ermənistan üçün heç də parlaq gələcək vəd etmir.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Qər Ermənistan vasitəsilə regionda vəziyyəti gərginləşdirmək məqsədi güdür.

"Qərb ənənəvi mexanizmdən istifadə edir, Ermənistan dəstəkləmək və eyni zamanda silahlandırmaqla növbəti gərginlik ocağı yaradır. Burda isə hədəf, ümumilikdə regionda vəziyyəti alovlandırmaqdır. Eyni zamanda Avropa bu yolla Rusiya və İrana qarşı Ermənistan vasitəsilə yeni cəbhə yaradır. Biz yaxın dövrlərdə buna oxşar modellər çox görşümük. Ukrayna Qərbin bu strategiyasının ən son qurbanlarından biridir. Müxtəlif vəddlər verilərək Rusiya qarşı qoyulan Ukrayna bu gün faktiki olaraq meydanda tək qalıb, Qərb dairələri isə Ukraynaya yalnız sözdə dəstək göstərirlər", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev qeyd edib ki, Ermənistan sözdə "neytral və bloklara qoşulmayan ölkə" olmağa hazırlaşdığını bəyan etsə də, faktiki olaraq vəziyyət tam əksdir.

"Əgər Ermənistan hakimiyyəti Rusiyanın himayəsi altına girərək, həmin prizmadan beynəlxalq məsələlərə yanaşırdı. İndi isə Ermənistan Avropanın vədlərinə aldanaraq, Qərbə arxalanmağa başlayıb. Qərb rəsmiləri də öz açıqlamaları ilə guya bundan sonra da Ermənistana dəstəyi artıracaqlarını vəd etsələr də, yekundan bunun nə ilə nəticələnəcəyi ortadadır. Bu gün dünyada buna oxşar bir çox ölkə modeli var. Hansılar ki Avropanın vədlərinə aldanaraq öz siyasətlərini qurublar və həmin ölkələr bu gün ciddi münaqişə ocağına, hədəfə çevriliblər.

Siyasi hakimiyyətlərin verdiyi uğursuz qərarların acı fəsadlarını isə həmin ölkələrin xalqları yaşayır. Ermənistanda da analoji vəziyyət reallaşmaqdadır, ölkə rəhbərliyi qərb dairələrinin vədlərinə aldanır və öz xalqını uçuruma aparır", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da əlavə edib ki. Qərbin bu "dəstəyi" Ermənistanı növbəti bəlalara, daha acınacaqlı vəziyyəti sürükləyəcək.

"Ermənistan beynəlxalq güclərin yeni poliqonuna çevrilmək üzrədir. Əslində tarixi gedişat Ermənistan üçün çox əlverişli şərait yaratmışdı, təssüf ki, Ermənistan Azərbaycanın sülh təkliflərini sürətli formada dəyərlənidirib, regiondakı iqtisadi layihələrə qoşulmaq əvəzinə, növbəti dəfə özünü bloklayır və müxtəlif dairələrin əlində alətə çevirir", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti