...

Azərbaycanın qoşulduğu “Ümumdünya Poçt Konvensiyası” və onun Yekun Protokolu yenilənib

Siyasət Materials 15 Noyabr 2023 16:21 (UTC +04:00)
Azərbaycanın qoşulduğu “Ümumdünya Poçt Konvensiyası” və onun Yekun Protokolu yenilənib

Bakı. Trend:

Prezident İlham Əliyev “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında qanunu təsdiq edib.

Trend xəbər verir ki, bununla da Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na öz bəyanatı ilə qoşulub.

Bu Qanun qüvvəyə mindiyi gündən “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında" 3 dekabr 2019-cu il tarixli qanunun 1-ci maddəsi ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti